آنا گؤنؤ قوتلو اولسون

Tutulmaz

عضو جدید
کاربر ممتاز
TANRININ IŞIĞI FATİMİYİ-ZƏHRA SƏLAMÜLLAH ƏLEYHANIN OLULM GÜNÜ BÜTÜN IŞIQ KİMİ ÜZÜ AĞLARA QUTLU OLSUN

ANA
GÜNÜ QUTLU OLSUN

ANAZI ANA DİLİNİZDƏ QUTLUYUN!

o
 
آخرین ویرایش:

سعيد؟

عضو جدید
من دست مامانمو میبوسم میدونم کمه ولی این تنها کاری که میشه کرد تا دلشو بدست اورد

روز مادر بر تمام مادران مبارک:gol::gol::gol::gol:


بو گونی بوتون انالارا تبرک دییرم و ارزولرام کی همیشه ساغ و سلامت السونلار
 
آخرین ویرایش:

Tutulmaz

عضو جدید
کاربر ممتاز
ANAMGİLDƏDİR

Şirinli-acılı ömür keçmişəm,
Yaxşını-yamanı görüb seçmişəm.
Evli-eşikliyəm, var işim-peşəm…
Uşaqlıq həsrəti anamgildədir.

Ürək ağrısına hey dözə-dözə,
Duranda nadanla bə’zən üz-üzə
Bir səs eşidirəm: “Oğul gəl bizə…”
Dizimin taqəti anamgildədir.

Neçə anaya da, anam anadır,
“Aləm bir yanadır, o bir yanadır.”
O açan süfrədə şor da bal dadır,
Ağzımın ləzzəti anamgildədir.

Gəlinin, yeznənin bilir yerini,
Çəkir qardaş-bacı dərdi-sərini.
Ərköyün böyüdür nəvələrini,
Hər kəsin qisməti, anamgildədir.

Qızına bilmirik oduna qazın:
Havası isinmir otağımızın.
İndi duyuram ki, ocağımızın
Közü-hərarəti anamgildədir.

Ömrün qar fəslidir, ağarıb saaçım,
Məni ata bilir, qardaşım, bacım,
Çətində mən kimin yanına qaçım?
Ata şan-şövkəti anamgildədir.

Qasım Qasımzadə
 

Tutulmaz

عضو جدید
کاربر ممتاز
من دست مامانمو میبوسم میدونم کمه ولی این تنها کاری که میشه کرد تا دلشو بدست اورد

روز مادر بر تمام مادران مبارک:gol::gol::gol::gol:


فاسلارئن تاپیک لری وار،
آنا وا آنا دیلینده تبریک ده
امدیگین سؤدؤن حالالئن اولسون

:gol:
 

Tutulmaz

عضو جدید
کاربر ممتاز
ANA

Təbriz kədərliydi, sən ağlayırdın,
Gecəydi biz səndən ayrılan zaman.
Pərişan görkəmin, o son sözlərin,
Bir an xatirimdən çıxmamış, inan.

Adını dilimə gətirəndə mən,
Sanki alov yaxır dodaqlarımı.
Yaxın gəl, yaxın gəl öpüm üzündən,
Öpüm rəngi qaçmış yanaqlarını.

Elə məlul-məlul baxma üzümə,
Baxışın qəlbimə od saçır, sənin.
Sən yalqız deyilsən, sıxma qəlbini,
Böyük bir xalqın var, böyük vətənin.

O xalqın, o elin qızısan, sən də
Onun qüdrəti də, şöhrəti də var.
Qəhrəman yurdumuz sarsılmamışdır,
Soyub talasa da onu yağılar.

Bilirəm, çox sıxır səni ayrılıq,
Əsarət dünyası başına dardır.
Lakin unutma ki, hər bir gecənin,
Min bir şüa saçan gündüzü vardır!

“Əlimdən nə gəlir?”, demə bir daha
Demə ki, qocayam, saçlarım düm ağ.
Vətən öz qəhrəman oğlu, qızını
Hər zaman, hər zaman gənc saxlayacaq.

Alnının xətləri, bəyaz saçların,
Keçmiş həyatından bir yadigardır.
Hörmət o saçlara, nifrət keçmişə:
Bu günün öz adı, mə’nası vardır!

Qalx ana, qalx ana, səni döyüşə
Çağıran öz qızın, öz vətənindir!
Bax, yanır odlarda Odlar Diyarı,
Bu vətən, bu torpaq, bu el sənindir!

Hökümə Billuri
 

Tutulmaz

عضو جدید
کاربر ممتاز
Ay ana
Ay köksü parça-parça, ay ürəyi yaralı,
Ay süsənli, sünbüllü, bənövşəli, lalalı,
“Ay Qüdrətdən səngərli, ay qüdrətdən qalalı”
Səngərlərin boş qaldı, qalaların virana,
Bizim kimi oğula bir layla de ay ana.

Gəlin qaya qan ağlar, Dəli Dağı dardadı,
Susub ceyran bulağı, Səməd Vurğun hardadı,
Tərtər suyu qan gəlir, yaman ahu zardadı,
Bu fəryad elə qopdu səs yayıldı cahana,
Bizim kimi oğula bir layla de ay ana.

Yerdən alov püskürdü, göydən gürşad ələndi,
Qəzəbindən Murovun zirvəsi silkələndi,
Günahsız cavan öldü… Torpaq qana bələndi,
Niyə bir nəfər kimi biz qalxmadıq üsyana,
Bizim kimi oğula bir layla de ay ana.

Kim deyir ki ölənlər, vədəsi çatdı, öldü,
Qızlarımız özünü qayadan atdı, öldü,
Neçə-neçə gəlinlər sularda batdı, öldü,
Yenə bizim səbrimiz niyə çatmadı sona?
Bizim kimi oğula bir layla de ay ana.

Sənə ana deməyə, haqqımız da yox bizim,
Olsun o haqqı-sayın sinəmizə ox bizim,
İldırımı, şimşəyi başımıza çax bizim,
Biz dayana bilmədik keşiyində mərdana,
Bizim kimi oğula bir layla de ay ana.

Vətən də unudulub, Vətən də atılarmı?
Vətən də yad torpağa, yad elə qatılarmı?
Vətən də alınarmı, Vətən də satılarmı?
Lənət səni satana, lənət səni alana,
Bizim kimi oğula bir layla de ay ana.

Belinə bel bağladıq, belimizi qıranın,
Qarşısında baş əydik başımızdan vuranın,
Başında baş olmadı başımızda duranın,
Nifrət belə tarixə, nifrət belə zamana,
Bizim kimi oğula bir layla de ay ana.

Bəhmən Vətənoğlu
 

Tutulmaz

عضو جدید
کاربر ممتاز
ANA

Yazılan yazılıb, pozulmaz qəti,
Ay ana, yoxluğğun yollara yağır.

Taleyin şilləsi qılıncdan iti,
Taleyin yumruğu dağlardan ağır.

Hışqırsam dünyanı bürüyər kədər.
Gözümün yaşında əriyər gecə,

Qəbristan yolunda səhərə qədər,
Ağlayıb-ağlayıb, kiriyər gecə.

Sən soyuq bir məzar, mən donmuş bir səs,
Sükutun əlləri qılıncdır, ana!

Bu qoca dünya da tab edə bilməz,
Qəbristan yolunun ağırlığına.

Ay ana, ay ana, qoy deyim bunu,
Bircə yol ömrünün üzü gülməmiş.

Ana, ölümünün uzunluğunu,
Qanlı fələklər də ölçə bilməmiş.

Ölüm qəbristanda durub pərişan,
Əlini qoynuna qoyub deyinər.

Bir ana tabuta qoyulan zaman,
Allahın özü də qara geyinər.

Yox, ana, qovuşa bilmirəm sənə,
Qəbrin sinəmi yurd seçə bilməsə.

Bir ömür göz yaşı bəs etməz mənə,
Payızlar gözümə köçə bilməsə!..

Ənvər Əhməd
 

Tutulmaz

عضو جدید
کاربر ممتاز
Rəbiqə Nazimqızı
Anam üçün... Şeirlər
Anam üçün

bilirəm, ən yaxşısını istəyirsən mənim üçün
məni qardaşlarım qədər sevirmişsən –
nə yazıq ki böyüyüncə anladım.
ya yalnız indi qisqanmıram onları sənə.

mən axmaq deyiləm, ana,
bilirəm, sən də yata bilmirsən gecələr
mən yataqda çevrildikcə.
internetdə səhifələri dolaşarkən
siçanın çıqqıltısından bilirsən necə darıxdığımı…
istəmirsən səhər işdə başım agrısın…
evə gec gəlməmə,
saatlarla telefonda rəfiqəmlə danışmama qarışırsan
bilirsən rahat deyiləm,
məni heç nə bağlamır həyata -
daha çox buna hirslənirsən…

yadımdadı ilk dəfə gündəliklərimi yandırmağım
15 yaşımda.
nə dediyini xatırlamıram
amma hələ onda
sənin bircə cümləndən anlamışdım
heç vaxt istədiyin kimi olmayacağımı…

hərdən güzəştə gedirdim sənə
amma heç nəyi sonadək bacarmadım –
musiqi məktəbini yarıda atdım,
iqtisadçı olmadım
bir müddət riyaziyyat öyrənsəm də…

daha məni heç nəyə məcbur eləmə, yaxşımı,
belə daha bədbəxt oluram…
hər dəfə ürəyim biz az da kiçilir
bir az da sınıram məğlub olanda…
mən sənə məğlub olmaq istəmirəm, ana…

taleyi biz yazmırıq,
yoxsa hamı kimi olmağı istərdim…
səhərlər işə getməyi,
axşam gəlib qızımla oynamağı.
gecələr vaxtında yatmağı…
adidən adi həyat yaşamağı
vallah, mən də istərdim, ana…

məni dəyişmək üçün,
bəlkə, bir təbəssümün yetərdi.
sonuncu dəfə nə vaxt gülümsəmisən mənə,
saçlarımı nə vaxt oxşamısan,
nə vaxt başımı sinənə söykəyib doyunca aglamışam, ana?
belə şey heç olmayıb…

ən dərdli şeirimi sənə yazmayacaqdım.
üzünə vurmayacaqdım heç nəyi.
amma deməliyəm,
sən yaxşı həkim deyilsən.
bilirsən agrıkəcilərə meyllim var -
məni yanlış yollarla sağaltmaq istəyirsən
xəstəni sağalmadığı üçün öldürməzlər, ANA…
 

Tutulmaz

عضو جدید
کاربر ممتاز
HER BAXİSİNDA BİR MENA GORDUM
NEDİR GOZLERİNDE BU NİSGİL ANA?!
SOYLE GOZLERİNİ SİRRİNİ MENE
MENALİ GOZLERİNE QURBANAM ANA!



OMRUNU SEN BİZE HESR ETDİN,
BASİN NELER CEKDİ,NE DERDLER GORDUN.
HER DERDİ O KOVREK QELBİNE GOMDUN
KOVREK QELBİNE QURBANAM ANA!



SANKİ HEYATDA UZUN GULMEYİB
SOYLE HEYAT SENE COXMU DERD VERİB?!
HER GULEN COHRENDE SANKİ KEDER VAR
KEDERLİ COHRENE QURBANAM ANA!



HEYATDA EN BOYUK DAYAGİM OLDUN,
TANRİDAN EN BOYUK VARLİGİM OLDUN,
YASAMAG UMUDUM İSDEYİM OLDUN
ALDİGİN NEFESE QURBANAM ANA!



SEN YASARSAN MENDE SENLE YASARAM
BİLKİ BU HEYATDA SENİNCİN VARAM
SEN MENİM HEYATDA BİR İDEYALİMSAN
SENİN GOZELLİYİNE QURBANAM ANA!



BELKEDE MEN SENİ COX İNCİDMİSEM
AGRİLİ-ACİLİ GUNLER GORMUSEN,
HEYATDA TEK UMUDUM VAR,ODAKİ SENSEN
SENE EHTİYACİM VAR BU GUN ANA!



HER ARZUMA, İSDEYİME YETİRDİN,
OZ OMRUNU SEN MENE HESR EDİRDİN
DE NECE QAYTARİM BORCUMU ANA?
QAYGİLİ GUNUNE QURBANAM ANA!
 

Tutulmaz

عضو جدید
کاربر ممتاز
Bətər doydun bu dünyadan
Ömrün sovan, qoca-Anam

Ömür boyu məndə gəzdin
Ömrün sovan, qoca-Anam

Qara saçın yelə verdin
Cavanlıqın Elə verdin
Ömür şalın selə verdin
Ömrün sovan, qoca-Anam

Dinməz,həqdən geçərsən sən
Acı zəhri içərsən sən
Ğəm sinəmdən biçərsən sən
Ömrün sovan, qoca-Anam

İnan!oğul doğanmadın!o
Bu arzıdan doyanmadın
Əmək kəsdim, inanmadın
Ömrün sovan, qoca-Anam

Çox Analar solar, ölər
Yoxun-Varın evlad bölər
Bala içün oda pörtər
Ömrün sovan, qoca-Anam

Çox gecələr ac yatmısan
Mən tox yeyib, sən baxmısan
Çörəgivə nə yaxmısan?o
Ömrün sovan, qoca-Anam

Gülən üzün hara getdi?o
Dərd qopartdı. dara getdi?o
Ürəgivə yara getdi
Ömrün sovan qoca-Anam

"Ölməz könül, ölməz əsər"
Bu söz Eldə yel tək əsər
Qucağında becərd As ər
Ömrün sovan, qoca-Anam

Bax sinəmdə qan-meydana
Könül bir yan ğəm bir yana
Qoy səsləyim birdə Ana
Ömrün sovan, qoca-Anam


AŞIQ PƏKƏR
saza gəlməz
Yası köçüb yaza gəlməz
Bircə dəfə naza gəlməz
Ömrün sovan, qoca-Anam

AŞIQ PƏKƏR

 

Tutulmaz

عضو جدید
کاربر ممتاز
Dünyada bir gün yaşamaz
Olsa o sənsiz,Anacan!
Bülbül uçurmu hayana
Göydə vətənsiz Anacan!?

Vurğu-dərsində xocasan
Uca dağlardan ucasan
Udur başında qocasan
Olmadı dənsiz Anacan!

Əriyib çayla axarsan
Gülə-xara bir baxarsan
Bulud olub həm yağarsan
Rə-dilə çənsiz Anacan!

Öz qanından içidirdi
Əməgin rind itirirdi
Rəngi yoxdur,sözü birdi
Bi ğülü-fənsiz,Anacan

Ürəgimin kəklikləri
Künci-dili etdi bəri
Bir sümüg oldu bir dəri
Bağü-çəmənsiz Anacan!

Gülüstanda oxşar PƏKƏR
Qünçə yarpaqların tökər
Ruhu cismdən rəxtin çəkər
Gəzər o tənsiz,Anacan!

AŞIQ PƏKƏR
 

khosroshahiy

مدیر بازنشسته
اوشاقلیقا من دؤنمک ایستیرم یئنه آنامی اؤپمک ایستیرم

هر گون سحرلر داراق اَلیمده اُو ساچلارینی هؤرمک ایستیرم

تئل گوللرینی باشینا بیر بیر ساغا سولا من دوزمک ایستیرم

محبت لی او ناز قوجاغیندا بالیق تکین من اوزمک ایستیرم
یاپیش الیمدن گئداق دؤلاناق یالنیز سنیلن گزمک ایستیرم

منه دوموش توت قوی آغزیما سن سنین الیندن یئمک ایستیرم

منیم آغریما سن آغلاییردین گؤز یاشلارینی سیلمک ایستیرم

اوشاقلیقدا من دییه بیلمه دیم «سنی سئویرم» دئمک ایستیرم

گؤزلریم یولدا هاردا قالمیسان ؟ سنی آنا جان گؤرمک ایستیرم

سنسیز آی آنا گولمور ئورگیم تکجه سنینله گولمک ایستیرم

داریخیرام من غریب دونیادا سنین یانینا گلمک ایستیرم

آللاه شاهیددی آی گوزل آنا سنی گؤرمه یه اؤلمک ایستیرم


بيلدير بويونكي گون من خيدمتديديم بو شعر منه چوخ خاطيرليدي

 

Tutulmaz

عضو جدید
کاربر ممتاز
اوشاقلیقا من دؤنمک ایستیرم یئنه آنامی اؤپمک ایستیرم

هر گون سحرلر داراق اَلیمده اُو ساچلارینی هؤرمک ایستیرم

تئل گوللرینی باشینا بیر بیر ساغا سولا من دوزمک ایستیرم

محبت لی او ناز قوجاغیندا بالیق تکین من اوزمک ایستیرم
یاپیش الیمدن گئداق دؤلاناق یالنیز سنیلن گزمک ایستیرم

منه دوموش توت قوی آغزیما سن سنین الیندن یئمک ایستیرم

منیم آغریما سن آغلاییردین گؤز یاشلارینی سیلمک ایستیرم

اوشاقلیقدا من دییه بیلمه دیم «سنی سئویرم» دئمک ایستیرم

گؤزلریم یولدا هاردا قالمیسان ؟ سنی آنا جان گؤرمک ایستیرم

سنسیز آی آنا گولمور ئورگیم تکجه سنینله گولمک ایستیرم

داریخیرام من غریب دونیادا سنین یانینا گلمک ایستیرم

آللاه شاهیددی آی گوزل آنا سنی گؤرمه یه اؤلمک ایستیرم


بيلدير بويونكي گون من خيدمتديديم بو شعر منه چوخ خاطيرليدي


آی بالام، سنین ائله بیر ایستعدادئن وارها...
 

Similar threads

بالا