Nüsrət Kəsəmənli - شاعر آذربایجانی

ture

عضو جدید
شاعر آذربایجانی

Kəsəmənli Nüsrət Yusif oğlu (1946-2003) - şair, publisist

-------------

GETMƏK İSTƏYİRSƏN, BƏHANƏSİZ GET

Getmək istəyirsən,
bəhanəsiz get,
Oyatma mürgülü xatirələri.
Səsin həmin səsdir, baxışın ögey,
Gedirsən səsin də yad olsun, barı.
Sən dəniz qoynuna tullanmış çiçək,
Üstünə dalğalar atılacaqdır.
Saxta məhəbbətin saxta sənəd tək,
Nə vaxtsa, üstündə tutulacaqdır.

Yollar tək döşənib ayaqlarına,
Sənə yalvarımmı?..
Bu mümkün deyil.
Qoymaram qəlbim tək vüqarım sına,
Alçalıb yaşamaq ömür-gün deyil…
Demirəm, sən uca bir dağsan, əyil,
Demirəm,qalıbdır əlacım sənə.
Nə səndə məhəbbət qara pul deyil,
Nə mən dilənçiyəm, əl açım sənə.
Getmək istəyirsən, o yol, o da sən,
Bir cüt göz baxacaq arxanca sənin.
Getdinmi, geriyə dönmək istəsən,
Tikanlı yastığa dönəcək yerin.
Getmək istəyirsən,
nə danış, nə din,
Yox ol xəyal kimi dumanda, çəndə.
Nəyimi sevmişdin,
deyə bilmədin,
İndisə, yüz eyib görürsən məndə…
Getmək istəyirsən,
bəhanəsiz get,
Oyatma mürgülü xatirələri.
Səsin həmin səsdir, baxışın ögey,
Gedirsən səsin də yad olsun, barı...


http://file037r.mylivepage.com/chunk37/424609/1818/getmek istiyirsen.mp3?3856844722

 
بالا