تؤرکجه سؤی سه ل لر(اشعار ترکی)

Tutulmaz

عضو جدید
کاربر ممتاز


"Barışan"(1)a İthaf...

Yatmışıdım oyaq oyaq
Yerimdə bu,
gündüzdəki
Keçitdigim duraq duraq
Doğulurdu gözümdə ən
Minlər güzgü,
Güzgüdə sən

Yatmışıdım oyaq oyaq
Başım üstü ağır tavan
Aslanırdı bir toratan
Hər torunda on min duzaq
Hər duzaqda mincə insan
Dolaşmışdı dolalara
Gözümdədir damcı-damcı
Axıtdığı qırnızı qan
Gözümdədir verdigi can

Yatmışıdım oyaq oyaq
Dörd duvarım duyğu dayaq
Boğulmuşdum hissələrdə
Səssizlikdən bu səslərdə

Qoymazlarkı bir çağ yatam
"Necə edim" həbbin atam!

Narın-narın uşaq gibi
Hər birisi bircə yandan
Tərpətmədə bir yanımı
Tez ol oyan,
Oyan oyan,...
Səndə yatsan kim Oyanar!?
Milyon-milyon İnsanların,
Hər birsində mincə ağrı
Hər ağrıda dərin yara
Oyan,oyan!
Oyanmasan,bu ağrıya kimsə yanar!

Gözlərimi oymadakən
Gülümsündüm duyğulara
Lap ağrının ən çağında
Bilirlər həp gülüşümdür,
Düyğulara,ağrılara
Onlarda həp gülümsünən
Dodağıma,
Qara günüm ya ağıma

Ama gecə heç gülmədir
Duyğu bənə
Nədən?bilməm!

Bu Fikirdə saldım yada
Nahar çağı bircə görüş
O görüşdə bircə insan,
Küsməz,küssə tez barışan!
Sədaqətli,
Çoxlu sadə,çoxlu insan

Baxışında,
Gizlətmişdir dərin bir qəm
Yalan yüklü gülüş ilən
Ancaq kimə!?
Məgər bilmir bu dustaqda
Mən qəm ilə,bir otaqda
Gecə gündüz qalmalıyam
Yalan yüklü gülüşüdə
Bu dustaqdan almalıyam!

O çağ onu anladım bən
Bir baxışda,bir durğuda
Olar məgər şair qardaş tanımasın qardaşında!

Ama nədən tanımadı
Üzümdəki hayşaçanı
Nəcür olar,
Gecə onlan,gündüz mənlən!
Nəcür bu qəm sırtılırı sənlə bənə
Bir zamanda,ya bir çağda!?

Bəlkədə heç yemir bənə
Sadəligim
Söyçülügüm

Bəlkədə heç gülür ona
Üzümdəki qəm kədərim!

Ancaq yüksək bir qələmli
Elimizə bir yeni fəxr
Nədən etmim bəndə ona
Məgər deyilə söyçü eldən!?

Qarışıqda bu sözlərin
İndi bildim nədən küsüb!
Göz güzgüdən
Duyğu bəndən!

Deyir oyan,bu görüşün
Yerinə sal sayğısını

Könlümüzün odasını
İndi bildim nədən yağış
Çırpdı bu gün,
Islaq-ıslaq
Gurhagur gur buludlarla
Guruldadı ıldırımlar
Sökdü bütün Ayaqyalın
Xıyavanda duyğuları
Axı bu gün iki söyçü
Görüşmədən
Bulud özü şabaş tökdü

İndi duyğu bu töşəkdə
Yıxacaqdır əlbət bəni
Hər çağ yora AŞIĞı bu
Yaranacaq bir ulu his
İndi Sərbəst odur ya bu!?

Denə qılgil!
Küsməgilən,
Sən küsməyən
O BARIŞAN
Sadəligə tez qarışan

Ancaq biliz sizdə bəni
Nə çox Sadə,nə qarışıq
Siz ikizə ən yaraşıq
Adım budur!PƏKƏR,AŞIQ

AŞIQ PƏKƏR
Bu gün 02:24 AM



1.Müasir söyçü
 

Tutulmaz

عضو جدید
کاربر ممتاز
Qoyubdur intizarında, neçin gəlməz, neçin gəlməz?
Həmişə ahü zarında, neçin gəlməz, neçin gəlməz?

Üzüldüm karivanımdan, el üzdüm xanimanımdan,
Fələk incir fəğanımdan, neçin gəlməz, neçin gəlməz?

Gedibdir qafiləsalar, olubdur gözlərim xunbar,
Nə bir yarü nə bir qəmxar, neçin gəlməz, neçin gəlməz?

Könüldə ahü zarını var, nə səbrü nə qərarım var,
Deməz bir düfikarım var, neçin gəlməz, neçin gəlməz?

O zülfi-nərgisi-məstə könül çoxdandı pabəstə,
Məni hicran edib xəstə, neçin gəlməz, neçin gəlməz?

Səri-kuyin gəzər könlüm, güli-ruyin sevər könlüm,
Vüsalın çün dilər könlüm, neçin gəlməz, neçin gəlməz?

Alıbdir canımı hicran, olubdur gözlərim giryan,
O məhvəş, nazənin canan, neçin gəlməz, neçin gəlməz?

Mənə hicran məşəqqətdir, fərağin dərdü möhnətdir,
Nigarım xeyli müddətdir, neçin gəlməz, neçin gəlməz?

Əzizim, göz yaşım qandır, işim fəryadü əfqandır,
O yarım harda mehmandır, neçin gəlməz, neçin gəlməz?

Yanar canım fərağından, tutar könlüm sorağından
Ki, çıxsın yar otağından, neçin gəlməz, neçin gəlməz?

Əlimdə ixtiyarım yox, gedib-səbri-qərarım yox,
Yanımda gülzarım yox, neçin gəlməz, neçin gəlməz?

Səba, ol məhliqa dilbər, alıbdır canımı yeksər,
Könül ancaq onu istər, neçin gəlməz, neçin gəlməz?

Yetibdir ərş üzə dadım, tutub dünyanı fəryadım,
Mənim ol sərvi-azadım neçin gəlməz, neçin gəlməz?

Qalıbdır Natəvan nalan, gecə-gündüz olar giryan,
Onun yox dərdinə dərman, neçin gəlməz, neçin gəlməz?

NATƏVAN
 

Tutulmaz

عضو جدید
کاربر ممتاز

دریای محیط جوشه گلدی
کون ایله مکان خروشه گلدی

سر ازل اولدی آشکارا

عارف نئجه ایله سین مدارا

هر ذرّه گونشدن اولدی ظاهر

توپراغه سجود قیلدی طاهر

نقاش بیلیندی نقش ایچینده

لعل اولدی روان بدخش ایچینده

آجی سو شراب کوثر اولدی

هر زهر نبات شکر اولدی

کلی یئر و گوی حق اولدی مطلق

سؤیلردف و چنگ ونی اناالحق

معشوقیله عاشق اولدی بیر ذات

محو اولدی وجود نفی و اثبات

هر قطره محیط اعظم اولدی

هر ذره مسیح مریم اولدی

داش و کسک اولدی ورد نسرین

فرهاد ایله خسرو اولدی شیرین

تریاک مزاجی توتدی آغو

لؤلؤ مدور اولدی دارو

مسجود ایله ساجد اولدی واحد

مسجود حقیقی اولدی ساجد

ایمانیله کفر بیر شی اولدی

تاتلی ایله آجی بیر می اولدی

شرکت آرادان گتوردی وحدت

وحدت دن آچیلدی باب رحمت

جانیله تن اولدی بیر حقیقت

برکیتدی شریعت و طریقت

اشیا ایکی لیکدن اولدی خالی

باقی احد اولدی لایزالی

ای طالب اگر دگیلسن اعما

گؤر وعده کل من علیها

رفع اولدی حجاب ماسوی الله

القدرت و البقا لله

غیر اولدی هلاک وجه قالدی

محو اولدی بو بحره کیم کی دالدی

چون مومنه مومن اولدی مرآت

مراتینا باخ اوندا گؤر ذات

گؤرسن سنی کی نه جسم وجانسان

مقصودزمین وآسمان سان

آدمده تجلی قیلدی الله

قیل آدمه سجده اولما گمراه

شیطان لعینه اویما زینهار

اونون سؤزونه اینانما ای یار

اویخودان اویان کی محشر اولدی

گؤر نئجه زمانه پر شر اولدی

چالیندی قیامتین نفیری

ای ساغر ائشیتمدین صفیری!

مشرکدن ائدر موحدی فرق

ای وای اونا کی ایشی اولا زرق

هم خاتم الینده اولا فرمان

یعنی کی منم بوگون سلیمان

موسی منم اول عصا الیمده

حقدن ازلی قیلینج بئلیمده

فضل ایستریسن حقیقته وار

سعی ایله بو ایشده قالما زینهار

سؤیلر بو کیتابتی نسیمی

من سر کلام حق نعیمی

الحق بو نسیمی آیتیندن

گل اوخو بوگون نهایتیندن

الفاظ نسیمی گؤرنه جاندور

دریای محیط بحر کاندور

بو بحره دالیپ دور "نسیمی"

یعنی کی ندیر زریله سیمی

نسیمی
 

Tutulmaz

عضو جدید
کاربر ممتاز
عکسین تکیندکی روسی دیلدی؟؟؟

یو روسی ده ییر، دیلی آزربایجان دی،آما خططی سیریلیک دی، آزربایجان شوروینین مستعمره سی اولاندا بو خط آزربایجانا تحمیل اولدی نئجه کی ایندی ایران تؤرک لرینه عربی خططی تحمیل اولونوب!

یا زئب کی

İmadəddi Nəsimi

آمما اشاداکی ائله بیر ائله روسی سؤز دی اوخویا بیلمه دیم ایندی بلکه یازانئنئن آدئ روسی دی یادا هر نمنه

او زامان چؤن چاپ اولوب بوجور دی
 

khosroshahiy

مدیر بازنشسته
Saqiya cam tut ol aşiqə kim qayğuludur \
qayğu çəkmək nə üçün, cam ilə aləm doludur.
Təlx göftarsız olmaz ləbi yar, ey aşiq \
çox həvəs eyləmə ol şərbətə kim ağuludur.
Qoyalım başı xumi badə əyağinə gəlin \
tutmaq olmaz onun hürmətini, bir uludur.
Bunca kim gah sifət başimə daşlar vurulur \
dideyi bəxtim oyanmaz, nə ağır uyğuludur.
Dili pur xunimə yağdırma bəla peykanın \
həzər et şişəyə, nagah zərər eylər, doludur.
Könlümün zəxminə peykanını etdim mərhəm \
gənci qəmdir, nola gər böylə dəmir qapuludur.
Nərgisin fikri, Füzuli, gözü könlümdə gəzər \
tutar ahu vətən ol yerdə kim otlu suludur.



//////////////////////////////////////////////////////////////////////////////////////
ساقيا جام توت اول عاشيقه كيم قايغولودور1 /
قايغو چكمك نه اوچون، جام ايله عالم دولودور.
تلخ گؤفتارسيز اولماز لبي يار، ائي عاشيق/
چوخ هوس ائيله مه اول شربته كيم آغولودور2.
قوياليم3 باشي خومي باده اياغينه گلين/
توتماماق اولماز اونون حۆرمتيني، بير اولودور4.
بونجا كيم گاه صيفت باشيمه داشلار وورولور/
ديده يي بختيم اويانماز، نه آغير اويغولودور5.
ديلي پور خونيمه ياغديرما بلا پئيكانين/
حذر ائت شيشه يه، ناگاه ضرر ائيلر، دولودور.
كؤنلومون زخمينه پئيكانيني ائتديم مرهم/
گنجي غمدير، نولا گر بؤيله دمير قاپولودور.
نرگيسين فيكري، فۆضولي، گؤزو كؤنلومده گزر/
توتار آهو وطن اول6 يئرده كي اوتلو سولودور.

\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\

ترجمه فارسي غزل ملا محمد فضولي:


ساقيا جام ده آن عاشق كه پريشان حالست/
كه پريشاني احوال چرا، عالم پر جام است.
لب يار بي تلخي گفتار مباشد، اي عاشق/
خيلي هوس آن شربت مكن زهرآلود است.
بياييد سر به پاي خم باده گذاريم/
بي حرمتي آن نتوان كرد كان بزرگ است.
اين همه سنگ كه بر سر و رويم خورد همه گاه/
ديده بختم بيدار نشود، چه سنگين خوابست.
پيكان بلا بر دل پر خون من اين قدر مبار/
از شيشه حذر كن ناگه ميشكند، لبريزاست.
بر زخم دلم پيكان تو مرهم كردم/
گنج غم است، چه باك گر درش آهنين است.
فضولي فكر و چشم نرگس در دلم ماند/
آهو مسكن كند آنجا كه پرِ آب و علف است.



 

khosroshahiy

مدیر بازنشسته
بير سوي سل فوضوليدن

بير سوي سل فوضوليدن

یئنه اؤ ماه منیم آلدی قراریم بو گئجه
چیخاجاق دیر فلکه ناله زاریم بو گئجه
شمع وش محرم بزم ائیله دی اؤ ماه منی
یاناجاق دیر یئنه هیجر اؤدونا ، واریم بوگئجه
هم ویصالی اؤد اولور جانیما ، هم هیجرانی
بیر عجب شمعی له دوشدو ، سر و کاریم بو گئجه
نه توتون دور کی چیخار چرخه ، دل زاره مگر ؟
هیجر داغینی اؤلار لاله عوذاریم بو گئجه
پاره
پاره جیگیریم ، ایت لرینه نذر اؤلسون
اؤ سر کویا اگر دوشسه گوذاریم بو گئجه
صوبحه سالدی بو گئجه شمع کیمی قتلیمی هیجر
اؤلا کی صوبح گلینجه ، گله یاریم بو گئجه
واریدی صبح وصالینه فضولی امید
چیخماسا حسرت ، ایله جان فگاریم بو گئجه

امشب
باز آن ماه قرارم را ربود ، امشب
ناله زارم به فلک خواهد رسید ، امشب
آن ماه مرا چون شمع محفل بزم کرد
باز در آتش هجر می سوزد دار و ندارم ، امشب
هم وصالش می زند آتش به جانم ، هم هجرش
با عجب شمعی سرو کارم افتاد ، امشب
چه دودیست که به افلاک می رسد
داغ هجریست که از دل زارم برمی خیزد ، امشب
جگر پاره پاره ام نذر سگهایش شود
اگر بار دیگر به سر کویش راه بیایم، امشب
هجر قتل من( همچون شمع) را تا سحر به تاخیر انداخت
شاید تا دمیدن صبح یارم امشب برسد
فضولی امیدوار وصالش است
اگر امشب جانم از غم هجر نرود
 

Tutulmaz

عضو جدید
کاربر ممتاز
Düşdü yadıma keçən günlərim, əfsus olsun,
Bizi məyus edən dəhrdə məyus olsun.

Hanı ol gecə-gündüz zövqü səfa, işrət idi?
Hanı ol gün ki, sərapa hamıya ləzzət idi?
Hanı ol əhdü vəfa əhli ki, həmsöhbət idi?
Düşdü yadıma keçən günlərim, əfsus olsun,
Bizi məyus edən dəhrdə məyus olsun.

Noldu əxlaqi-həsən, sahibi-yarani-qədim?
Noldu ərbabi-sədaqət, hanı ol təbi-səlim?
Yox idi kimsədə əsla rəvişi-divi-rəcim,
Düşdü yadıma keçən günlərim, əfsus olsun,
Bizi məyus edən dəhrdə məyus olsun.

Hamı ol bəzmi-səfa, noldu o ərbabi-vəfa?
Oxunurdu gecə ta sübhə kimi şurü nəva,
Yox idi kimsənədə dərdü ələm, qəm əsla,
Düşdü yadıma keçən günlərim, əfsus olsun,
Bizi məyus edən dəhrdə məyus olsun.

Malü can eylər idi sərf o yarani-əziz,
İrzü namus edib hifz rəfiqani-əziz,
İkilik yox, görünürdü hamı bir cani-əziz,
Düşdü yadıma keçən günlərim, əfsus olsun,
Bizi məyus edən dəhrdə məyus olsun.
Hər kəsin var idi, sərf eylər idi simü zəri,
Bir-birindən yox idi hiç kəsin bir kədəri,
Yox idi hiç kəsin möhnətü qəmdən xəbəri,
Düşdü yadıma keçən günlərim, əfsus olsun,
Bizi məyus edən dəhrdə məyus olsun.

Şimdi bu şəhrdə bir əhli-sədaqət yoxdur,
Bu qədər xəlqdə bir mərdi-dəyanət yoxdur,
Nə mürüvvət, nə vəfa, əhdü-əmanət yoxdur,
Düşdü yadıma keçən günlərim, əfsus olsun,
Bizi məyus edən dəhrdə məyus olsun,

Mən səyahət elədim aləmi çox ləzzət ilə,
Gördüm ərbabi-kamalatü hünər, hörmət ilə,
Görmədim hiç kəsi dərdü qəmü möhnət ilə
Düşdü yadıma keçən günlərim, əfsus olsun,
Bizi məyus edən dəhrdə məyus olsun.

Şimdi məxluq olub əhli-qərəz, hasidi-dun,
Kizbü böhtanü riya xəlqi edib zarü zəbun,
Yoxdu bir yar deyim dərdi-dilim ona künun,
Düşdü yadıma keçən günlərim, əfsus olsun,
Bizi məyus edən dəhrdə məyus olsun.

Yoxdu, yarəb, görəsən Şişədə bır əhli-kamal?
Oturub aqibəti-karı edə bircə xəyal,
Qoymuya milləti-islamın ola əmri mahal,
Düşdü yadıma keçən günlərim, əfsus olsun,
Bizi məyus edən dəhrdə məyus olsun.

Şimdi olmuş cühəla firqələri rəhbərimiz,
Cahilü nakəsü naəhl olub sərvərimiz,
Gizlənibdir üləma, əhli-qələm, hər birimiz,
Düşdü yadıma keçən günlərim, əfsus olsun,
Bizi məyus edən dəhrdə məyus olsun.

Dövreyi-çardəhhomdur qəmərin dövranı,
Nə yaman dövrdi, dərhəm elədi dünyanı,
Məhv edib cövrü cəfa, zülmü sitəm hər yanı,
Düşdü yadıma keçən günlərim, əfsus olsun,
Bizi məyus edən dəhrdə məyus olsun.

Qəmlərdir bu iki firqə, bu övladi-vətən,
Bir-birilə dolanırdı necə kim, can ilə tən,
Nə kudurət, nə ədavət, nə qəmü dərdü mihən,
Düşdü yadıma keçən günlərim, əfsus olsun,
Bizi məyus edən dəhrdə məyus olsun.

Ermənilərlə müsəlman çalışıb leylü nahar,
Qıldılar səy ki, abad ola bu mülkü diyar,
Nə gözəl olmuş idi mülki-vətən axir kar,
Düşdü yadıma keçən günlərim, əfsus olsun,
Bizi məyus edən dəhrdə məyus olsun.

Ah, o gündən ki, bu gülüstana gəlib neçə qürab,
Verdilər səs-səsə avaz eyləyib misli-kəlab,
Bu gözəl gülşəni onlar elədi boylə xarab,
Payimal oldu vətən gülləri, əfsus olsun,
Bizi məyus edən dəhrdə məyus olsun.

Rumdan Qafqaza üz qoydu axır daşnaqiyun,
Düşdü ortalığa aşübü bəla, fitnə, cünun,
Bu qədər qanlara bais olar oldu əknun,
O axan qan, o gedən canlara əfsus olsun,
Bizi məyus edən dəhrdə məyus olsun.

Saldı fürsət əlinə düşmənü əğyari-vətən,
Qıldı tədbir ki. aşub ola əşrari-vətən,
Gör nə xunxar elədi xəlqi bu xunxari-vətən,
Bir deyən olmadı bu qanlara əfsus olsun,
Bizi məyus edən dəhrdə məyus olsun.

Tarümar oldu vətən gülşəni, pamal oldu,
Bülbülani-vətən avarə qalıb, lal oldu,
Bir deyən olmadı, "yarəb, niyə bu hal oldu?"
Düşdü yadıma keçən günlərim, əfsus olsun,
Bizi məyus edən dəhrdə məyus olsun.

Əyyühel-qövm, kifayətdi bu qəflət, bəsdir,
Tarümar oldu vətən, bəsdir ədavət, bəsdir,
Bu qədər bəsdir həqarət, bu rəzalət bəsdir,
Bir çəkin bari xəcalət, deyin: əfsus olsun,
Bizi məyus edən dəhrdə məyus olsun.

Şimdi aləm yığışıb səy edər azad olsun,
Ki, gərək bir-birinə xəlqdən imdad olsun,
Qalmasın zülmü sitəm, evləri abad olsun,
Bu qədər zülmü sitəmlər olub. əfsus olsun,
Bizi məyus edən dəhrdə məyus olsun.

Bir baxın dumda nə fəryad edərdi vükəla,
Sizdən ötrü bu qədər səy edərdi üqəla,
Verməyin düşmənə fürsət, dəxi bəsdir, cühəla,
Siz də bircə ayılın, söyləyin əfsus olsun,
Bizi məyus edən dəhrdə məyus olsun.

Vətən övladı gərəkdir çəkə dərdi-vətəni,
Ta qəbul eyliyə hər cövrü cəfavü mühəni,
Ola möhkəm bu məmalikdə fəlah əncüməni,
Söyliyə, keçmiş olan işlərə əfsus olsun,
Bizi məyus edən dəhrdə məyus olsun.

İndi vacibdi verin əl-ələ, ey əhli-vətən,
İndi lazımdı həmavaz ola mürğani-vətən,
Qoymaya gülşən ara məskən edə zağü zəğən,
Soyulur bülbüli-can, ah, səd əfsus olsun,
Bizi məyus edən dəhrdə məyus olsun.

Ey Məmai, elədi diltəng səni tərhi-süxən,
Yuxudan indi açıb gözlərini əhli-vətən.
Bir deyən varmı nədən ötrüdü bu zülmü fitən,
Yuxudan göz açıban seyr elə, əfsus olsun,
Bizi məyus edən dəhrdə məyus olsun.

MƏMAİ

 

Sarp

مدیر بازنشسته
منیم ده شعریمی قویون بورا
نسیمی نین "من بو جهانه سئغمازام" شعرین !
اونو تاپئن قویون بورا من گئدیم هپروتا
هم لاتین و هم عربی الیفباسی
 

khosroshahiy

مدیر بازنشسته
منیم ده شعریمی قویون بورا
نسیمی نین "من بو جهانه سئغمازام" شعرین !
اونو تاپئن قویون بورا من گئدیم هپروتا
هم لاتین و هم عربی الیفباسی

منده سیغار ایکی جهان، من بو جهانه سیغمازام،
گؤوهری لامکان منم، کؤن و مکانه سیغمازام

عرشله فرش و کاف و نون، منده بولوندو جمله چون،
کس سؤزونووو ابصم اول، شرح و بیانه سیغمازام
کؤن و مکاندیر آیتیم، ذاتی دورور بدایتیم،
سن بو نیشانلا بیل منی، بیل کی، نیشانه سیغمازام
کیمسه گمان و ظن ایله اولمادی حق ایله بیلیش،
حقی بیلن بیلیر کی، من ظن و گمانه سیغمازام
صورته باخ و معنی نی صورت ایچینده تانی کیم،
جسم ایله جان منم ولی، جسم ایله جانه سیغمازام
هم صدفم، هم اینجییم، حشرو صراط اسینجییم،
بونجا قوماش و رخت ایله من بو دکانه سیغمازام
گنجی-نهان منم من اوش، عئینی-عیان منم، من اوش،
گؤوهری-کان منم من اوش، بحرو و کانه سیغمازام
گرچی محیطی-اعظمم، آدیم آدمدیر، آدمم،
دار ایله کون فکان منم، من بو مکانه سیغمازام
جان ایله هم جهان منم، دهر ایله هم زامان منم،
گؤر بو لطیفئیی کی من، دهرو زمانه سیغمازام
انجم ایله فلک منم، وحی ایله هم ملک منم،
چک دیلینی و ابصم اول من بو لیسانه سیغمازام
ذره منم، گونش منم، چار ایله پنج و شش منم،
صورتی گؤر بیان ایله، چونکی بیانه سیغمازام
ذات ایله هم صفاتیله، قدریله هم براتیله،
گل شکرم هم نباتیله، بسته دهانه سیغمازام
شهد منم، شکر منم، شمس منم ، قمر منم
روح روان باغیشلارام روح و روانه سیغمازام
ناره یانان شجر منم، چرخه چیخان حجر منم،
گؤر بو اودون زبانه سین، من بو زبانه سیغمازام
گر چی بو گون نسیمی یم، هاشمی یم، قریشی یم
مندن اولودور آیتیم، آیته شانه سیغمازام.


 

Tutulmaz

عضو جدید
کاربر ممتاز

Məndə sığar iki cahan, mən bu cahanə sığmazam,
Gövhəri laməkan mənəm, kövnü məkanə sığmazam.

Ərşlə fərşu kafü nun məndə bulundu cümlə çün,

Kəs sözunüvü əbsəm ol, şərhu bəyanə sığmazam.

Kövnü məkandır ayətim, zati dürür bidayətim,

Sən bu nişanla bil məni, bil ki, nişanə sığmazam.

Kimsə gümanə zənn ilə olmadı həqq ilə biliş,

Həqqi bilən bilir ki mən, zənnü gümanə sığmazam.

Surətə baxu mə'nini surət içində tanı kim,

Cism ilə can mənəm, vəli cism ilə canə sığmazam.

Həm sədəfəm, həm inciyəm, həşru sirat ədinciyəm,

Bunca qumaşu rəxt ilə mən bu dükanə sığmazam.

Gənci-nihan mənəm mən uş, eyni-əyan mənəm, mən uş,

Gövhəri-kan mənəm mən uş, bəhrəvu kanə sığmazam.

Gərçi mühiti-əzəməm, adım adəmdir, adəməm,

Dar ilə künfəkan mənəm, mən bu məkanə sığmazam.

Can ilə həm cahan mənəm, dəhrilə həm zaman mənəm,

Gör bu lətifeyi ki mən, dəhru zəmanə sığmazam.

Əncum ilə fələk mənəm, vəhy ilə həm mələk mənəm,

Çək dilinivu əbsəm ol mən bu lisanə sığmazam.

Zərrə mənəm, günəş mənəm, çar ilə pəncu şeş mənəm,

Surəti gör bəyan ilə, çünki bəyanə sığmazam.

Zat iləyəm sifat ilə, qədr iləyəm bərat ilə,

Gülşəkərəm nəbat ilə, bəstə dəhanə sığmazam.

Nar mənəm, şəcər mənəm, ərşə çıxan həcər mənəm,

Gör bu odun zəbanəsin, mən bu zəbanə sığmazam.

Şəms mənəm, qəmər mənəm, şəhd mənəm, şəkər mənəm,

Ruhi-rəvan bağışlaram, ruhi-rəvanə sığmazam.

Gərçi bu gün Nəsimiyəm, haşimiyəm, qureyşiyəm,

Bundan uludur ayətim, ayətü şanə sığmazam.
 

Tutulmaz

عضو جدید
کاربر ممتاز
Yağmur Yağ

Yağmur yağ
Yağ,bütün dalğasız qıraqlara
Calan,Çırtdaq dodaqlara
Islad dağbasarı
Yağ,duman dağlara

Yağmur yağ
Buludsuz ürəklərə
Yağ,əsən köklərə
Ağlad köksələri
Yıx,bic dirəkləri!

Yağmur yağ
Yağ,alışan çırt inamlara
Yalan çırtmalara
Yağ,gop gümanlara

Yağmur yağ
Ya bu közərtini söndür
Ya bəni


AŞIQ PƏKƏR





 

Tutulmaz

عضو جدید
کاربر ممتاز
MARLBORO SİQAR

Ağzıma yaraşıq,közərmək haman
Ürəgim sərinlir,Marboro siqar!
Başımda dumanlıq şaşdırsa,inam
Önümü göstərən qədimki bu yar!
Min İnsan görsəmdə,yalançı,beyar
Önümdə dayanan gündəki qərar

Səni bən ötürməm qədimki ilqar
Qoy desin,nə deyir bu dun Rüzigar


Sən ilə olmağa çəkmişəm min tən
Yalançı,dumançı,Gahdanda zunnar
Veribdir: Elimin şeyxi-zahidi
Gahdanda olmuşam xari-Rüzigar
Bilmirəm nədəndir yalançı özgür
Ama mən sənligə olmuşam səngsar

Səni bən ötürməm qədimki ilqar
Qoy desin,nə deyir bu dun Rüzigar


Hər keçən görürsə səni əlimdə
Görübdür deyəsən müsəlman,küffar
Bəndə bir insanam insanlar ara
Bilmədim yamanlıq olub iftixar!

Günahım nə imiş sənlə olmağa?
Qoy deyim yenidən dərdi-dil izhar

Səni bən ötürməm qədimki ilqar
Qoy desin,nə deyir bu dun Rüzigar


Bəndə bir İnsanam nədən əşsizəm?
Səndəndə ğayrısı yoxumdur qəmxar
Bu halda hançı çağ görübdür bəni
Deyibdir: tövbə et,şeyxi bəd-güftar
Deyibdir:ey şərər!Duni kəm dəyər!
Edirsən nədənsə dünyanı ğübar?

Səni bən ötürməm qədimki ilqar
Qoy desin,nə deyir bu dun Rüzigar


Görmüşəm mincə fərd,bi namus,nafərd!
Əcəbdir nədənsə mənəm şərmisar!?
Çıxıbdır üzümə minlər mərd-namərd
Bu şəhrin naxoşu mənəm tək bimar!?
Əcəbdir boğmur heç kimsəni yalan
Olubdur bu tüstü ulusa azar!

Səni bən ötürməm qədimki ilqar
Qoy desin,nə deyir bu dun Rüzigar



Bəni dun sanıbdır mi nadə ama
Olubdur mötəbər şeyxi-badə-xar
Qılırmış gahü dəm o zalim nədən
Xədəngi-zülmünü nəhan aşikar
Desin qoy nə dersə desin nabekar
Dedikcə qılırmış sənə etibar

Səni bən ötürməm qədimki ilqar
Qoy desin,nə deyir bu dun Rüzigar

Ürəgim yanan çağ hanı yarü şeyx
Sivayi sən olmuş mənə cövrü-ar
Qədim çağkı üşşaqü şair ulus
Biri məstü bəngi birisi xümar
Gözü heç götümür bu zahid səni
Sənə çox bilirmiş bircə nəx siqar

Səni bən ötürməm qədimki ilqar
Qoy desin,nə deyir bu dun Rüzigar

Tanımaz tanısın mənəm mən AŞIQ
Sınıq bir şüşə həp yazıq xarü zar!
Çü üşşaq içrə olmuş zəbun,xar,dun
Nə məsti nə bəngi Bütün xakisar
Bu təhriki qəmdən olubdur PƏKƏR
Bu təxmiri candan olub qəmqusar
Bu düzdür ki minlər ibarət çəkər
Ki məzmunu zamin,cəbri ixtiyar
Sınar etdi hər dəm bu dun pərvərin
Ki namərdə qılmış o çox etibar
Gə sındır əruzun belin Tahira
Yenidən qıl Aşiq şerin üstüvar:

Dünənki şairə yetişsə min cam
Mənədə yetişdi təkcə bir siqar
Demirəm əbsəm ol zahida,Ama
Mənə bu cəbridir,sənə ixtiyar!
Veribdir sənə bu minlər min oynaş
Mənimdə oynaşım Marboro siqar

Səni bən ötürməm qədimki ilqar
Qoy desin,nə deyir bu dun Rüzigar


AŞIQ PƏKƏR
İNDİ





 

khosroshahiy

مدیر بازنشسته
[FONT=&quot]شعر بلنديه اما شاهكار شهرياره:
بيشتر 15000 كاراكتره تو دو قسمت مي فرستم


شاه داغیم، چال پاپاغیم،ائل دایاغیم، شانلی سهندیم
[/FONT]

[FONT=&quot]باشی توفانلی سهندیم[/FONT]

[FONT=&quot]باشدا حئیدر بابا تک قارلا قیروولا قاریشیبسان[/FONT]

[FONT=&quot]سون ایپک تئللی بولودلارلا اوفوقده ساریشیبسان[/FONT]

[FONT=&quot]ساواشارکن باریشیبسان[/FONT]

[FONT=&quot]گؤیده ن ایلهام آلالی سیرری سماواتا دییه رسن[/FONT]

[FONT=&quot]هله آغ کورکو بورون، یازدا یاشیل دوندا گییه رسن[/FONT]

[FONT=&quot]قورادان حالوا یییه رسن[/FONT]

[FONT=&quot]دؤشلرینده سونالار تک شوخ ممه لرده[/FONT]

[FONT=&quot]نه سرین چیشمه لرین وار[/FONT]

[FONT=&quot]او یاشیل تئللری، یئل هؤرمه ده آینالی سحرده[/FONT]

[FONT=&quot]ایشوه لی ایشمه لرین وار[/FONT]

[FONT=&quot]قوی یاغیش یاغسادا یاغسین[/FONT]

[FONT=&quot]سئل اولوب آخسادا آخسین[/FONT]

[FONT=&quot]یانلاریندا دره لر وار[/FONT]

[FONT=&quot]قوی قلم قاشلارین اوچسون فره لرله، هامی باخسین[/FONT]

[FONT=&quot]باشلاریندا هره لر وار[/FONT]

[FONT=&quot]سیلدیریملار، سره لر وار[/FONT]

[FONT=&quot]او اتک لرده نه قیزلار یاناغی لاله لرین وار[/FONT]

[FONT=&quot]قوزولار اوتلایاراق نئیده نه خوش ناله لرین وار[/FONT]

[FONT=&quot]آی کیمی هله لرین وار[/FONT]

[FONT=&quot]گول- چیچکدن بزه ننده، نه گلینلر کیمی نازین[/FONT]

[FONT=&quot]یئل اسنده او سولاردا نه درین رازونیازین[/FONT]

[FONT=&quot]اوینایار گوللو قوتازین[/FONT]

[FONT=&quot]تیتره ییر ساز تئلی تک شاخه لرین چایدا چمنده[/FONT]

[FONT=&quot]یئل او تئللرده گزه نده، نه کوراوغلو چالی سازین[/FONT]

[FONT=&quot]اؤرده یین خلوت ائدیب گؤلده پری لرله چیمنده[/FONT]

[FONT=&quot]قول-قاناددان اونا آغ هووله آچار قمزلی قازین[/FONT]

[FONT=&quot]قیش گئده ر قوی گله یازین[/FONT]

[FONT=&quot]هله نووروز گولو وار، قار چیچه یین وار، گله جکلر[/FONT]

[FONT=&quot]اوزلرین تئز سیله جکلر[/FONT]

[FONT=&quot]قیشده کهلیک هوه سیله چؤله قاچدیقدا جاوانلار[/FONT]

[FONT=&quot]قاردا قاققیلدایاراق نازلی قلمقاشلارین اولسون[/FONT]

[FONT=&quot]یاز، او دؤشلرده ناهار منده سین آچدیقدا چوبانلار[/FONT]

[FONT=&quot]بوللو سودلو سورولر، دادلی قاوویتماشلارین اولسون[/FONT]

[FONT=&quot]آد آلیر سنده ن او شاعیر کی سن اوندان آد آلارسان[/FONT]

[FONT=&quot]اونا هر داد وئره سن، یوز او موقابیل داد آلارسان[/FONT]

[FONT=&quot]تاریدان هر زاد آلارسان[/FONT]

[FONT=&quot]آداق اولدوقدا، سن اونلا داها آرتیق اوجالارسان[/FONT]

[FONT=&quot]باش اوجالدیقدا دماوند داغیندا باج آلارسان[/FONT]

[FONT=&quot]شئر الینده ن تاج آلارسان[/FONT]

[FONT=&quot]او دا شعرین، ادبین شاه داغیدیر، شانلی سهندیم[/FONT]

[FONT=&quot]او دا سن تک آتار اولدوزلارا شعریله کمندی[/FONT]

[FONT=&quot]او دا سیمرغیدان آلماقدادی فندی[/FONT]

[FONT=&quot]شعر یازاندا قلمینده ن باخاسان دور سپه لندی[/FONT]

[FONT=&quot]سانکی اولدوزلار الندی[/FONT]

[FONT=&quot]سؤز دییه نده گؤره سن قاتدی گولو، پوسته نی قندی[/FONT]

[FONT=&quot]یاشاسین شاعیر افندی[/FONT]

[FONT=&quot]او نه شاعیر کی، داغین وصفینه میصداق اونو گؤردوم[/FONT]

[FONT=&quot]من سنین تک اوجالیق مشقینه موششاق اونو گؤردوم[/FONT]

[FONT=&quot]عشقه، عشق اهلینه موشتاق اونو گؤردوم[/FONT]

[FONT=&quot]او نه شاعیر کی، خیال مرکبینه شو شیغییاندا[/FONT]

[FONT=&quot]او نهنگ آت، آیاغین توزلو بولودلاردا قویاندا[/FONT]

[FONT=&quot]لوله لنمه کده دی یئر-گؤی، نئجه تومار سارییاندا[/FONT]

[FONT=&quot]گؤره جکسن او زاماندا[/FONT]

[FONT=&quot]نه زامان وارسا، مکان وارسا کسیب بیچدی بیر آندا[/FONT]

[FONT=&quot]کئچه جکلر، گله جکلر نه بویاندا – نه او یاندا[/FONT]

[FONT=&quot]باخ نه حورمت وار اونون اؤز دئمیشی توک پاپاغیندا[/FONT]

[FONT=&quot]شهریارین تاج ایمیش باشی دورموش قاباغیندا[/FONT]

[FONT=&quot]باشینا ساوریلان اینجی، چاریق اولموش آیاغیندا[/FONT]

[FONT=&quot]وحی دیر شعری ملک لردی پیچیلدار قولاغیندا[/FONT]

[FONT=&quot]آیه لردیر دوداغیندا[/FONT]

[FONT=&quot]او دا داغلار کیمی شانینده نه یازسام یاراشاندیر[/FONT]

[FONT=&quot]او دا ظالیم قوپاران قارلا-کوله کله دوروشاندیر[/FONT]

[FONT=&quot]قودوزا، ظالیمه قارشی سینه گرمیش، ووروشاندیر[/FONT]

[FONT=&quot]قودوزون کؤکونه، ظالیم بیره لر تک داراشاندیر[/FONT]

[FONT=&quot]آمما واختیندا فقیر خالقی اییلمیش سوروشاندیر[/FONT]

[FONT=&quot]قارا میلله تده هونر بولسا، هونرله آراشاندیر[/FONT]

[FONT=&quot]قارالارلا قاریشاندیر[/FONT]

[FONT=&quot]ساریشاندیر[/FONT]

[FONT=&quot]گئجه حققین گؤزودور، تور تؤره تمیش اوجاغیندا[/FONT]

[FONT=&quot]اریییب باغ تک اوره کلردی یانارلار چیراغیندا[/FONT]

[FONT=&quot]مئی، محبتدن ایچیب لاله بیتیبدیر یاناغیندا[/FONT]

[FONT=&quot]او بیر اوغلان کی، پری لر سو ایچه رلر چاناغیندا[/FONT]

[FONT=&quot]اینجی قاینار بولاغیندا[/FONT]

[FONT=&quot]طبعی بیر سئوگی لی بولبول کی، اوخور گول بوداغیندا[/FONT]

[FONT=&quot]ساری سونبول قوجاغیندا[/FONT]

[FONT=&quot]سولار افسانه دی سؤیلر اونون افسونلو باغیندا[/FONT]

[FONT=&quot]سحه رین چنلی چاغیندا[/FONT]

[FONT=&quot]شاعیرین ذووقو، نه افسونلو نه افسانه لی باغلار[/FONT]

[FONT=&quot]آی نه باغلار کی “الیف لئیلی” دا افسانه ده باغلار[/FONT]

[FONT=&quot]اود یاخیب داغلاری داغلار[/FONT]

[FONT=&quot]گول گولورسه بولاغ آغلار[/FONT]

[FONT=&quot]شاعیرین عالمی اؤلمز، اونا عالم ده زوال یوخ[/FONT]

[FONT=&quot]آرزولار اوردا نه نه خاطیرله یه ایمکاندی، محال یوخ[/FONT]

[FONT=&quot]باغ جنت کیمی اوردا “او حارامدیر، بو حالال” یوخ[/FONT]

[FONT=&quot]او محبتده ملال یوخ[/FONT]

[FONT=&quot]اوردا حالدیر، داها قال یوخ[/FONT]

[FONT=&quot]گئجه لر اوردا گوموش دندی، قیزیلدان نه گونوزلر[/FONT]

[FONT=&quot]نه زمرد کیمی داغلاردی، نه مرمر کیمی دوزلر[/FONT]

[FONT=&quot]نه ساری تئللی اینه کلر، نه آلا گؤزلو اؤکوزلر[/FONT]

[FONT=&quot]آی نئجه آی کیمی اوزلر[/FONT]

[FONT=&quot]گول آغاجلاری نه طاووس کیمی چترین آچیب الوان[/FONT]

[FONT=&quot]حله کروانیدی، چؤللر بزه نر سورسه بو کروان[/FONT]

[FONT=&quot]دوه کروانی ده داغلار، یوکو اطلس دی بو جئیوان[/FONT]

[FONT=&quot]صابیرین شهرینه دوغرو، قاتاری چکمه ده سروان[/FONT]

[FONT=&quot]او خیالیمده کی شیروان[/FONT]

[FONT=&quot]اوردا قار دا یاغار آمما داها گوللر سولا بیلمز[/FONT]

[FONT=&quot]بو طبیعت او طراوتده ماحالدیر، اولا بیلمز[/FONT]

[FONT=&quot]عؤمر پئیمانه سی اوردا دولا بیلمز[/FONT]

[FONT=&quot]
[/FONT][FONT=&quot][/FONT]
 

khosroshahiy

مدیر بازنشسته
[FONT=&quot]قسمت 2 شاه داغيم:

.....
او اوفوقلرده باخارسان نه دنیزلر، نه بوغازلار
[/FONT]

[FONT=&quot]نه پری لر کیمی قولار، قونوب-اوچماقدا نه قازلار[/FONT]

[FONT=&quot]گؤلده چیممه کده نه قیزلار[/FONT]

[FONT=&quot]بالیق اولدوز کیمی گؤللرده، دنیزلرده پاریلدار[/FONT]

[FONT=&quot]آبشار موروریسین سئل کیمی تؤکدوکده خاریلدار[/FONT]

[FONT=&quot]یئل کوشولدار، سو شاریلدار[/FONT]

[FONT=&quot]قصریلر واردی قیزیلدان، قالالار واردی عقیق دن[/FONT]

[FONT=&quot]رافائیل تابلوسی تک، صحنه لری عهد-عتیق دن[/FONT]

[FONT=&quot]دویماسان کؤهنه رفیق دن[/FONT]

[FONT=&quot]جنتین باغلاری تک باغلارینین حورو قوصورو[/FONT]

[FONT=&quot]الده حوریلری نین جامی بولوری[/FONT]

[FONT=&quot]تونگونون گول کیمی صهبای تهوری[/FONT]

[FONT=&quot]نه ماراقلار کی، آییق گؤزلره رؤیادی دئییرسن[/FONT]

[FONT=&quot]نه شافاقلار کی، دیرن باخمادا دریادی دئییرسن[/FONT]

[FONT=&quot]اویدوران جنت مأوادی دئییرسن[/FONT]

[FONT=&quot]زوهره نین قصری بیریلیان، حصاری نرده سی یاقوت[/FONT]

[FONT=&quot]قصری جادودی، موهندیس لری هاروت ایله ماروت[/FONT]

[FONT=&quot]اوردا مانی دایانیب قالمیش او صورتلره مبهوت[/FONT]

[FONT=&quot]قاپی قوللوقچوسو هاروت[/FONT]

[FONT=&quot]اوردا شعرین موزیکین منبعی سرچئشمه دی قاینار[/FONT]

[FONT=&quot]نه پری لر کیمی فواره دن افشان اولوب اوینار[/FONT]

[FONT=&quot]شاعیر آنجاق اونو آنلار[/FONT]

[FONT=&quot]دولو مهتاب کیمی ایستخریدی فواره لر ایله[/FONT]

[FONT=&quot]ملکه اوردا چیمیر، آی کیمی مهپاره لر ایله[/FONT]

[FONT=&quot]گوللو گوشواره لر ایله[/FONT]

[FONT=&quot]شعر و موسیقی شاباش اولمادا، افشاندی پریشان[/FONT]

[FONT=&quot]سانکی آغ شاهیدیر اولماقدا گلین باشینا افشان[/FONT]

[FONT=&quot]نه گلینلر کی، نه انلیک اوزه سورترلر، نه کیرشان[/FONT]

[FONT=&quot]یاخا نه تولکو نه دووشان[/FONT]

[FONT=&quot]آغ پری لر، ساری کؤینه کلی بولودلاردان ائنیرلر[/FONT]

[FONT=&quot]سود گؤلونده ملکه ایله چیمرکن سئوینیرلر[/FONT]

[FONT=&quot]سئوینیرلر، اؤیونورلر[/FONT]

[FONT=&quot]قووزاناندا هله الده دولو بیر جام آپاریرلار[/FONT]

[FONT=&quot]سانکی چنگی لره، شاعیرلره ایلهام آپاریرلار[/FONT]

[FONT=&quot]دریا قیزلارینا پئیغام آپاریرلار[/FONT]

[FONT=&quot]دنیزین اؤرتویو ماوی، اوفوقون سقفی سماوی[/FONT]

[FONT=&quot]آینادیر هر نه باخیرسان: یئر اولوب گؤیله موساوی[/FONT]

[FONT=&quot]غرق اونون شعرینه راوی[/FONT]

[FONT=&quot]غورفه لر، آی، بولود آلتیندا اولار تک گؤرونورلر[/FONT]

[FONT=&quot]گؤز آچیب-یومما، چیراغلار کیمی یاندیقدا سؤنورلر[/FONT]

[FONT=&quot]صحنه لر چرخی فلک تک بورونوب، گاه دا چؤنورلر[/FONT]

[FONT=&quot]کؤلگه لیکلر سورونورلر[/FONT]

[FONT=&quot]زوهره ائیواندا الهه شینئلینده گؤرونرکن[/FONT]

[FONT=&quot]باخسان حافظی ده اوردا صلابتله گؤره رسن[/FONT]

[FONT=&quot]نه سئورسن[/FONT]

[FONT=&quot]گاه گؤره ن حافظ شیراز ایله بالکاندا دوروبلار[/FONT]

[FONT=&quot]گاه گؤره ن اورتادا شطرنج قورارکن اوتوروبلار[/FONT]

[FONT=&quot]گاه گؤره ن سازیله-آوازیله ایله نجه قوروبلار[/FONT]

[FONT=&quot]سانکی ساغرده ووروبلار[/FONT]

[FONT=&quot]خواجه الحان اوخویاندا، هامی ایشده ن دایانیرلار[/FONT]

[FONT=&quot]او نوالرله پری لر گاه اویوبف گاه اویانیرلار[/FONT]

[FONT=&quot]لاله لر شعله سی، الوان شیشه رنگی بویانیرلار[/FONT]

[FONT=&quot]نه خومار گؤزلو یانیرلار[/FONT]

[FONT=&quot]قاناد ایستر بو اوفوق، قوی قالا ترلانلی سهندیم[/FONT]

[FONT=&quot]ائشیت اؤز قیصه می، دستانیمی، دستانلی سهندیم[/FONT]

[FONT=&quot]سنی حئیدر بابا او نعره لر ایله چاغیراندا[/FONT]

[FONT=&quot]او سفیل داردا قالان تولکو قووان شئر باغیراندا[/FONT]

[FONT=&quot]شئیطانین شیللاغا قالخان قاتیری نوخدا قیراندا[/FONT]

[FONT=&quot]بابا قورقور سسین آلدیم، دئدیم آرخامدی ایناندیم[/FONT]

[FONT=&quot]آرخا دوردوقدا سهندیم ساوالان تک هاوالاندیم[/FONT]

[FONT=&quot]سئله قارشی قووالاندیم[/FONT]

[FONT=&quot]جوشقونون دا قانی داشدی، منه بیر هایلی سس اولدو[/FONT]

[FONT=&quot]هر سسیز بیر نفس اولدو[/FONT]

[FONT=&quot]باکی داغلاری دا، های وئردی سسه، قیها اوجالدی[/FONT]

[FONT=&quot]او تایین نعره سی سانکی بو تایدان دا باج آلدی[/FONT]

[FONT=&quot]قورد آجالدیقدا قوجالدی[/FONT]

[FONT=&quot]راحیمین نعره سی قووزاندی دییه ن توپلار آتیلدی[/FONT]

[FONT=&quot]سئی گلیب نهره قاتیلدی[/FONT]

[FONT=&quot]روستمین توپلاری سسلندی دییه ن بوملار آچیلدی[/FONT]

[FONT=&quot]بیزه گول-غونچه ساچیلدی[/FONT]

[FONT=&quot]قورخما گلدیم دییه، سسلرده منه جان دئدی قارداش[/FONT]

[FONT=&quot]منه جان-جان دییه رک، دوشمنه قان-قان دئدی قارداش[/FONT]

[FONT=&quot]شهریار سؤیله مه دن گاه منه سولتان دئدی قارداش[/FONT]

[FONT=&quot]من ده جانیم چیغیریب: جان سنه قوربان دئدی قارداش[/FONT]

[FONT=&quot]یاشا اوغلان سیزه داغ-داش دلی جئیران دئدی قارداش[/FONT]

[FONT=&quot]ائل سیزه قافلان دئدی قارداش[/FONT]

[FONT=&quot]داغ سیزه آسلان دئدی قارداش[/FONT]

[FONT=&quot]داغلی حئیدربابانین آرخاسی هر یئرده داغ اولدو[/FONT]

[FONT=&quot]داغا داغلار دایاغ اولدو[/FONT]

[FONT=&quot]آرازیم آینا-چیراق قویمادا،آیدین شافاق اولدو[/FONT]

[FONT=&quot]او تایین نغمه سی قووزاندی، اوره کلر قولاغ اولدو[/FONT]

[FONT=&quot]یئنه قارداش دییه رک قاچمادا باشلار آیاق اولدو[/FONT]

[FONT=&quot]قاچدیق، اوزله شدیک آرازدا، یئنه گؤزلر بولاغ اولدو[/FONT]

[FONT=&quot]یئنه غملر قالاق اولدو[/FONT]

[FONT=&quot]یئنه قارداش سایاغی سؤزلریمیز بیر سایاق اولدو[/FONT]

[FONT=&quot]وصل اییین آلمادا، ال چاتمادی عشقیم داماغ اولدو[/FONT]

[FONT=&quot]هله لیک غم سارالارکن قارالار دؤندو آغ اولدو[/FONT]

[FONT=&quot]آرازین سو گؤلو داشدی، قایالیقلاردا باغ اولدو[/FONT]

[FONT=&quot]ساری سونبوللره زولف ایچره اوراقلار داراق اولدو[/FONT]

[FONT=&quot]یونجالیقلار یئنه بیلدیرچینه یای-یاز یاتاغ اولدو[/FONT]

[FONT=&quot]گؤزده یاشلار چیراغ اولدو[/FONT]

[FONT=&quot]لاله بیتدی یاناغ اولدو[/FONT]

[FONT=&quot]غونچا گولدو دوداق اولدو[/FONT]

[FONT=&quot]نه سول اولدو، نه ساغ اولدو[/FONT]

[FONT=&quot]ائلیمی آرخامی گؤردوکده ظالیم اووچو قیسیلدی[/FONT]

[FONT=&quot]سئل کیمی ظولمو باسیلدی، زینه آرخ اولدو، کسیلدی[/FONT]

[FONT=&quot]گول گؤزونده ن یاشی سیلدی[/FONT]

[FONT=&quot]تور قوران اووچو آتبن قوومادا سیندی، گئری قالدی[/FONT]

[FONT=&quot]اؤزو گئتدی تورو قالدی[/FONT]

[FONT=&quot]آمما حئیدربابا دا بیلدی کی، بیز تک هامی داغلار[/FONT]

[FONT=&quot]باغلانیب قول-قولا زنجیرده بولودلار اودور آغلار[/FONT]

[FONT=&quot]نه بیلیم بلکه طبیعت اؤزو نامرده گون آغلار[/FONT]

[FONT=&quot]ایری یوللاری آچارکن، دوز اولان قوللاری باغلار[/FONT]

[FONT=&quot]صاف اولان سینه نی داغلار[/FONT]

[FONT=&quot]داغلارین هر نه قوچو، ترلانی، جئیرانی، مارالی[/FONT]

[FONT=&quot]هامی دوشگون، هامی پوزغون، سینه لر داغلی، یارالی[/FONT]

[FONT=&quot]گول آچان یئرده سارالی[/FONT]

[FONT=&quot]آمما ظن ائتمه کی، داغلار یئنه قالخان اولاجاقدیر[/FONT]

[FONT=&quot]محشر اولماقدادی بونلار داها وولقان اولاجاقدیر[/FONT]

[FONT=&quot]ظولم دونیاسی یانارکن ده تیلیت قان اولاجاقدیر[/FONT]

[FONT=&quot]وای …! نه توفان اولاجاقدیر[/FONT]

[FONT=&quot]دردیمیز سانما کی، بیر تبریز و تهران دیر عزیزیم[/FONT]

[FONT=&quot]یا کی، بیز تورکه جهنم اولان ایراندا عزیزیم[/FONT]

[FONT=&quot]یوخ بو دین دعواسیدیر دونیا تیلیت قاندیر عزیزیم[/FONT]

[FONT=&quot]تورک اولا، فارس اولا دوزلوک داها تالاندیر عزیزیم[/FONT]

[FONT=&quot]بیز آتان دیندیر، آتان دا بیزی ایماندیر عزیزیم[/FONT]

[FONT=&quot]سامیری مروتد ائدیب هه نه موسلماندیر عزیزیم[/FONT]

[FONT=&quot]اوممه تین هارونو من تک له له گیریاندی عزیزم[/FONT]

[FONT=&quot]هر طرفدن قیلیج ائندیرسه له قالخاندیر عزیزیم[/FONT]

[FONT=&quot]بیر بیزیم درمانیمیز موسی عمران دیر عزیزیم[/FONT]

[FONT=&quot]گله جک شوبهه سی یوخ آیه ی قورآندیر عزیزیم[/FONT]

[FONT=&quot]او هامی دردلره درماندیر عزیزیم[/FONT]

[FONT=&quot]د.وقتور اولدوقدا بشر بو یارانی ساغلاماق اولماز[/FONT]

[FONT=&quot]اولماسا آللاه الی دین مرضین چاغلاماق اولماز[/FONT]

[FONT=&quot]داغلاماقدا علاج اولسا بیر ائلی داغلاماق اولماز[/FONT]

[FONT=&quot]دینی آتمیش ائله یاوروم داها بئل باغلاماق اولماز[/FONT]

[FONT=&quot]او گولوب آغلایا دا، اونلا گولوب آغلاماق اولماز[/FONT]

[FONT=&quot]شئیطانی یاغلاماق اولماز[/FONT]

[FONT=&quot]دئدین: آذر ائلینین بیر یارالی نیسگیلی یم من[/FONT]

[FONT=&quot]نیسگیل اولسامدا گولوم بیر ابدی سئوگیلی یم من[/FONT]

[FONT=&quot]ائل منی آتسادا اؤز گوللریمین بولبولو یم من[/FONT]

[FONT=&quot]ائلیمین فارسیجادا دردینی سؤیلر دیلی یم من[/FONT]

[FONT=&quot]دینه دوغرو نه قارانلیق ایسه ائل مشعلی یم من[/FONT]

[FONT=&quot]ادبیات گولو یم من[/FONT]

[FONT=&quot]نیسگیل اول چرچی یه قالسین کی جواهیر ندی قانمیر[/FONT]

[FONT=&quot]مدنیت دبین ائیلیر بدویت، بیر اوتانمیر[/FONT]

[FONT=&quot]گون گئدیر آز قالا باتسین گئجه سینده ن بیر اویانمیر[/FONT]

[FONT=&quot]بیر اؤز احوالینا یانمیر[/FONT]

[FONT=&quot]آتار اینسانلیغی آمما یالان انسابی آتانماز[/FONT]

[FONT=&quot]فیتنه قووزانماسا بیر گون گئجه آسوده یاتانماز[/FONT]

[FONT=&quot]باشی باشلارا قاتانماز[/FONT]

[FONT=&quot]آمما منده ن ساری، سن آرخایین اول شانلی سهندیم[/FONT]

[FONT=&quot]دلی جئیرانلی سهندیم[/FONT]

[FONT=&quot]من داها عرش علا کؤلگه سی تک باشدا تاجیم وار[/FONT]

[FONT=&quot]الده فرعونه قنیم بیر آغاجیم وار[/FONT]

[FONT=&quot]حرجیم یوخ، فرجیم وار[/FONT]

[FONT=&quot]من علی اوغلویام آزاده لرین مرد و مورادی[/FONT]

[FONT=&quot]او قارانلیقلارا مشعل[/FONT]

[FONT=&quot]او ایشیقلیقلارا هادی[/FONT]

[FONT=&quot]حققه ایمانه مونادی[/FONT]

[FONT=&quot]باشدا سینماز سیپه ریم، الده کوتلمز قیلیجیم وار[/FONT]
 

Sarp

مدیر بازنشسته
آره آره آره
سهندیه شهریار هم خیلی عالیه
یکی معدود نظمهایی که به دلم میشینه
 

Tutulmaz

عضو جدید
کاربر ممتاز
Rəqib ilən gözlərinin mayil olduğun bilirəm
Mən aşiqəm mənə bir işarə kifayətdir
 

khosroshahiy

مدیر بازنشسته
:gol::gol::gol:

Men seni her zaman anaram yar
Eşginde od tutub yanaram yar
Gel menim könlüme bir yol aç
Yaşasın mehebbet var olsun
Yaşasın seadet var olsun

Men gülüm gülsün çemenler
A ceyran sevgilim
Goy açsın güller gülşenler
Mehriban sevgilim
Sevinsin gelbden sevenler
Her zaman sevgilim
Eşgimiz hazan demez bahar olsun

O gara gözlere gurbanam men
O şirin sözlere heyranam men
Gel menim könlüme bir yol aç
Yaşasın mehebbet var olsun
Yaşasın saadet var olsun

Men gülüm gülsün çemenler
A ceyran sevgilim
Goy açsın güller gülşenler
Mehriban sevgilim
Sevinsin gelbden sevenler
Her zaman sevgilim
Eşgimiz hazan demez bahar olsun
 

khosroshahiy

مدیر بازنشسته
[FONT=&quot]فوزولينين جان وئرمه غم عشقه شعري:

[/FONT]
[FONT=&quot]جان وئـرمه غـم عـشقه کی عشق آفت جاندیر عشق آفت جان اولدوغی مشهور جهاندیر[/FONT][FONT=&quot]
[/FONT]
[FONT=&quot]سـود ایـسـتـمه ســودای غـم عـشـقــده هـرگـز کـیم حاصل ســودای غـم عـشـق زیانـدیر[/FONT]
[FONT=&quot]هــر ابـروی خـم قـتـلیـنه بـیر خـنجر خونریز هر زلف سیه، قـصدینه بیر افـعی ایلاندیر[/FONT][FONT=&quot]
[/FONT]
[FONT=&quot]یاخـشی گـؤرونور صورتی مهـوشـلریـن اما یاخشی نظر ائـدیکـده سرانجامی یاماندیر[/FONT][FONT=&quot]
[/FONT]
[FONT=&quot]عشق ایچره عـذاب اولدوغوندان بـیـلیـرم کی هرکیمسه کی عاشق دیرایشی آه وفغاندیر[/FONT][FONT=&quot]
[/FONT]
[FONT=&quot]یاد ائـتـمه قـره گـؤزلـولـریـن مردم چـشـمـیـن مردم دییوث آنلانما کی ایچدیکلری قاندیر[/FONT][FONT=&quot]
[/FONT]
[FONT=&quot]گؤردورسه فـضـولی کی گـؤزلـلـرده وفـا وار آنلانـما کی شاعـر سـؤزو الـبـتـه یالاندیر[/FONT]

[FONT=&quot]جان به غم عشق نده[/FONT][FONT=&quot]
[/FONT]
[FONT=&quot]جان به غم عشق نده که عشق آفت جان است آفت جان بودن عشق مشهور جهان است[/FONT][FONT=&quot]
[/FONT]
[FONT=&quot]از ســودای غــم عـشـق ســود طـلــب نــکــن چرا که حاصل سـودای عشق زیان است[/FONT][FONT=&quot]
[/FONT]
[FONT=&quot]هـرکمـان ابرو، برقـتـلت مانند خـنجر خونریز هرزلف سیاه،برجانت مانندمارافعی است [/FONT][FONT=&quot]
[/FONT]
[FONT=&quot]قـیـافـه مهـوشان خـوب بـه نـظر می رسـد اما اگر خوب نظر کنی سـرانجامش بد است[/FONT][FONT=&quot]
[/FONT]
[FONT=&quot]عـذاب بـودن عـشـق را از آنـجـا می دانـم کـه کسی که عاشق است کاراوآه وفغان است [/FONT][FONT=&quot]
[/FONT]
[FONT=&quot]یـــاد مــــردمــــک چــشـــم سـیه چـشمان نکن فریب نخور، نوشیدنی مردک خون است[/FONT][FONT=&quot]
[/FONT]
[FONT=&quot]اگرفضولی نشان دهـد که زیبا رویان وفادارند فریب نخـورکه حـرف شاعـردروغ است[/FONT]
 

Tutulmaz

عضو جدید
کاربر ممتاز
İstərəm ölməgi bən,lik qaçır bəndən əcəl
Gör nə bədbəxtəm əcəldən də gərək naz çəkəm

SABİR

İstəməm ölməgi bən lik qalam bəlki görəm
Hər gülün solmağına əhdidi,min qəm gül əkəm

AŞIQ PƏKƏR
 

Tutulmaz

عضو جدید
کاربر ممتاز
Ürəgin bir ömür özgəyə yanıb
Bircədə bənim yan halıma,Könül!
Böyütdün hər kiçik,kiçigi haman
Baxmadın qocalan salıma,könül!

Hər əsər ürəgə əsibsən,əsər
Hər damar küt-rəgə olubsan kəsər
Qaldırdın ayaqlar sər içrə,nə sər!
Gülərsən bu qara xalıma,könül!

Səpipsən hər köçər ardınca həp su
Hər çırkın-əlini deyiblər sən yu
Özümdən yaxınraq,demədim bir du
Köçən çağ baxmadın dalıma,könül!

Aşığam,PƏKƏRəm,könlümdür çıraq
Hər sönən çırağa mənəm təkcə,yaq
Bax,nədir rüzigar!könlümə mən aq
Bax bu son gözümdə alıma,könül!

AŞIQ PƏKƏR
 

Tutulmaz

عضو جدید
کاربر ممتاز
Sizi görcək,könül oldu min para
Nədən uçduz bu könüldən durnalar!
Ömür boyu sizi qanla bəslədim
Çıxırsınız indi nədən durnalar!?

Könül-qandan suyunuzu içitdim
Siz oyana bəndə özümdən itdim
Hər biçdikcə can-cigərimi bitdim
İndi nədən köçdüz eldən durnalar!?

Dimdigizi ürəgimə virarkən
Gətirmədim heç üzümə ağrı ən
Bu nə işdir dumanlıqda,dolu çən
Bəni qoyduz,uçduz göldən,durnalar!

Üz tutmuşdum asimana,buluda
Sorağınız tutdum tanışla yada
Kimsənizdən durmaz bənim dadıma
Gözüm görcək itdiz gözdən durnalar!

Ürəgimin,varlığımın nişanı
Mənzilətim,şöhrətimin
san,şanı
Qəm-həmdəmim şirin sözümün şanı
Köçməgizlə getdi dildən durnalar!


Demişdiniz yardan xəbər verərsiz
Qəm-kədərim qanadızla ötərsiz
Heç bilməzdim bir gün eldən itərsiz
Xəbəriniz alım kimdən,durnalar!

Getməgizlə küsdü sazım əlimdən
Ayrılıqla gör nə vırdız belimdən
Çəkdigimi görün axar-selimdən
Buğuluram qanlı-seldən durnalar!

AŞIQ deyir:VİDADİdır üstadım
O XƏSTƏdir məndə PƏKƏRdir adım
Acı-zəhər rüzigardandır dadım
Səsinizi allam yeldən durnalar!

AŞIQ PƏKƏR






 

Tutulmaz

عضو جدید
کاربر ممتاز
Bir məclis arada on min bir şair
Hər biri birindən yüksək qələmli
Hər biri bir sözün şahi-kəlamı
Hər biri birindən kədərli,qəmli

Bu məclis nə məclis ulular cəm”i
Hər biri bir dərsin-qəzəlin deyir
Hər biri nışanlı,zərli-karandaş
Fələkin-dərsinin əzəlin deyir

Bir məclis,nə məclis! badə,mey,saqi
Calanır qanından qələmin sözü
Bir qələm,nə qələm! yandıran,yaxan
Ağlayır çəngü dəf,fələkin gözü

Bir məclis,nə məclis!gül,gülşən,gülfam
Xoş-ətri saçmadan məclisə dolur
Bir məclis,nə məclis!qızıl-gül,qəm,qan
Suvaşır torpağa lalə-zar olur

Bir məclis,nə məclis!can,canan,tənsiz
Birləşib bir olur nə rivü təzvir
Bir məclis,nə məclis!nə yüksək-alçaq
Birisin görməzsən yuxarı,nə zir

Bir məclis,nə məclis!cavidan-həyat
İnsanlar burada nə cavan nə pir
Bir məclis,nə məclis!bir Qeys bir Məcnun
Bir məclis,nə məclis!nə qul nə zəncir

Hər biri dəftərin açmadan ancaq
Min təcnis min qəzəl uçmada haman
Gahdanda min kədər quylanmış-arzı
Uçurlar havada olurlar saman

Seçiblər ərənlər bir xislət,mərkəb
Hər biri xislətdə ərsalan,şərif
Hər biri yazıbdır bir şərəf-divan
Yoxmudur nə yava nə bihudə-mif

Hər biri seçibdir təxəllüs bir ad
Deyəndə” kiməm bən” bir qovğa düşür
Bağlanmış-sırları açanda bir-bir
Hər tükü əlif-tək düşünür,üşür

Hər biri rağibdir tanısın birin
Nə bilmək bəlkədə qonşusu bir kəs
Soruşcaq deyirlər kimligin kimlər
O halda məclisə düşür bir hay,səs

Bu halda on mini deyildi bir-bir
Tanınmış tanındı qalmadı bir kəs
Kədərlər üzüldü arındı paslar
Nə məsti! na şadi! nə qovğa! həvəs!

Çü yendi məclisə saqiyi-gül cam
Dolandı sərasər məclisi birdəm
Çü meydən boşaltdı zərli-zərli cam
Nə bir hizni qaldı nə bir köksdə qəm

Təbəssüm etmədən enilən-saqi
Bir soru yarandı bu məclis ara
Niyə ki bu gülüş dalında,acı
Bildirdi hikmətin gülüşdən bara

Soruşdu bir şahi ərənlər şair:
Nədənsə gülürsən acıca saqi!?
Hikməti nə imiş acı gülüşün
Olmaya bu məclis deyil həp baqi?

Ərz etdi məclisə vəhyidən saqi
Baqidir bu məclis baqidir bu hal
Ancaqda minbirdən biriniz indi
Qalıbdır məclisdən uzaqraq çü dal

Yeyibsiz bir ömür ağı ürəkdən
Əmr olduz cavidan meyindən sirab
Yoxsa kim gülübdür əbəs bir ömür
Yoxdur heç bu meydən,ona həp sərab

Bu halda dedilər:kimsədir bu dal
Qalmayıb bir damcı camında şərab?
Əmr oldu saqidən:məmurəm məzur!
Əmr edən əmr edib eyləyin bircə tab

Məclisin qapısı açılcaq,bir şəxs
Göründü qıvrılıb özündə bir kəs
Qapının dalında sonuncu-şair
Deməyin içəri girməyibdir bəs!

Yetişdi saqidən ona bir ayrı cam!
İçində ağılar bir dürri səmin
İstərsiz anlamaq bu dalda kimdir
Gərək ki görərsiz könlünün-dəmin

Bu halda ayrıldı saqi məclisdən
Bir məclis,nə məclis!,məclisi matəm
Çəkmədən başına o dürri səmin
Nə dürri!nə məsti!nə ağı!nə səm!

Sordular bu halda cəm”i şüəra
Daldada gizlənən! söyün nəsnədir?
Təxəllüs,ya adın ya bircə nişan
Ürəgin-dəftərin aç görək nədir

Qapının dalında yalnız bir şair
Ağını boşaltdı ləbaləb başa
Saqi tək gülüşü acı-baxışda
Məstanə dedi:qəm!,həmişə yaşa

Neynirsiz kimsəyəm,neynirsiz kiməm!
Məgər mən soruşdum kimsəsiz kimsə
Neynirsiz yazının ürəg-dəftərin
Bağrınız dəlinər,ürək,söz desə

Ancaqda istirsiz gizlinim yoxdur
Mən ki həp olmuşam rüsvayi-aləm
Ürəgin-qulağın açın eşidin
Yalnızam,gəlmişəm nütqə mən bu dəm

Bir ürək,nə ürək!qəmxanə,sınıq
Bir xanə,nə xanə!qaranlıq,ışıq
Bir ışıq,nə ışıq!Tanrıdan gələn
Bir gələn,nə gələn!şaşqın-dolaşıq

Bir şaşqın,nə şaşqın!aləmdən qırıq
Bir aləm,nə aləm! qəmə yaraşıq
Bir qəmə,nə qəmə! ürəgə batan
Bir ürək,nə ürək!qarovda AŞIQ

Bir qarov,nə qarov!qaranlıq,gizlin
Bir qara,nə qara!ışıqdan ışıq
Bir ışıq,nə ışıq!,tanrıdan gələn
Bir gələn,nə gələn!sovdalı- AŞIQ

Bir AŞIQ,nə AŞIQ!ürəgi şüşə
Bir şüşə,nə şüşə!min yerdən SINIQ
Bir sınıq,nə sınıq!,könlü dağbasar
Bir könül,nə könül!hər yeri yanıq

Bir yanıq,nə yanıq!bağrıdır kabab
Bir kabab,üzündə qanı qurumuş
Bir qanı,nə qanı! Gözündən axar
Bir gözü yağmadan,yanı qurumuş

Bir AŞIQ,nə AŞIQ! Babası hüseyn
Bir sazı,nə sazı!məşhuri zaman
Bir zaman,nə zaman! vırılan günü
Bir vurğu,nə vurğu! Ağrısı yaman

Bir ağrı,nə ağrı!yarası dərin
Bir dərin,nə dərin!Ümmandan duru
Bir ümman,nə ümman!qırağı yuxu
Bir yuxu,nə yuxu!dodağı quru

Bir dodaq,nə dodaq!qırnızı-duvaq
Bir duvaq,nə duvaq! gəlin tək donu
Bir qırnız,nə qırnız qanından duru
Bir qanı bədəndən çıxan can sonu

Yenildi yenidən məclisə saqi
Dedi ol:,neynədin Bu məclis ara
Əmr oldu yenidən min-cami-zərrin
Yendirim,nə cami!toxtadan-yara

Tərd oldun bu cəmdən söylüyən-aği
Gərəkdir bu məclis cavidan-cavan
Könlüvün-damcısı damcaq bu cama
Eylədi hayatı gülüşdən yavan

Girməmiş məclisə tərd oldu bu dal
Könlünün dəftəri açılmaz qaldı
Bir ömür əzəldən yığılan-ağrı
Qoymadı calansın,bağrına saldı

Bu halda yalnızca yükünü çatıb
Məclisdən uzaqraq bir çölə vurdu
Gecəni bu çöldə dayanmaq üçün
Yükünü yendirib birazca durdu

Ildırım çaxmadan o dəmdə o çağ
Ağartdı gecənin bir çağda donun
Min bulud əlində min cami şərab
Tökdülər başına ağılar onun

Eşitdi o dəmdə vəhyidən bir səs
Deyəsən tur olub bu yer,mən musa!
Bu gurşad tökdükcə alışdı bu od
Deyəsən təbi”ət ölü bu isa

Ağılar-şairi gülməyən bir dəm
Deyildi nurudan bu çağ bu səda
Bən sənin könlündə,könlümdə sənin
Bən allam nəqədər satsan naz,əda

Bən ollam ağrıyan ürəkdə əlbət
Neynirəm dolanam dilşad könülü
Gur-yanan ürəkdir mənzilim bənim
Neynirəm yoxsa bən köksü sönülü!

Bir köksü nə köksü! Ağını sevən
Bir ağı nə ağı! Məsti məst edən
Bir məsti,nə məsti!özündən çıxan
Əzəldən əbədə dosta bəst edən

Bir AŞIQ nə AŞIQ!ürəgi torpaq
Bir torpaq nə torpaq! Qəm-tomun əkər
Bir əkər,nə əkər!könlün yerində
Bir könül,nə könül! Kədərli PƏKƏR

 

Tutulmaz

عضو جدید
کاربر ممتاز
Düzdür papaqsız bircə şairəm
Ancaq papağa deyil etibar
Düzdür sazsızam düzdür havasız
Ancaq aşığam,damardandır tar

Düzdür papaqsız düzdür sazsızam
Şərəf papağı başımda gəzir
Hər nə olmuşsam papaq deyiləm!
Əyrini düzüm əlində əzir

Düzdür əşsizəm düzdür havasız
Nəfəs verirəm nəfəsə həp bən
Düzdür soyuğam başı dumanam
Ancaq bir ulu,qarlı,başı çən

Düzdür adımdır sadəcə bir ad
Ancaq deyiləm sadə tovlanan
Düzdür sanımdır yüngülcə bir san
Sözüm ağırdır deyiləm yalan

Düzdür qabaqkı əsrin yanlışın
Verirəm indi,mən bu gün tavan
Düzdür ıslağam,düzdür yağışam
Elə olmuşam indi mən tavan

Düzdür qədiriz düzdür ucuzam
Satmaram sözüm ucuza heç mən
Ancaq yaşayış əsrindədə mən
Bağrıma basdım ağrılar çox ən

Düzdür sözümə söz verən yoxdur
Qaytarır ancaq dağlar səsimi
Düzdür bir sınıq əyricə sazam
Hər bir vurğuda qırıldı simi

Düzdür doğruyam düzdür yalanam
Ancaq nə olsam elə bən buyam
Biraz qaranlıq azcada ışıq
Nə bütün buyam nə bütün oyam

Düzdür əşsizəm düzdür sazsızam
Ürəkdə bir saz varımdır nə saz!
Mən bir bülbüləm sən ol karandaş
Nə dersə könül götür tezcə yaz

Yadlar tanırlar tanışdan artıq
Tanış vırırı görcək bəni daş
Düzdür düzənlik quru bir çöləm
Suyum vardır su axar-gözdən yaş

Düzdür olmuşam cavab vurğudan
Ancaq vurğunun özüyəm özü
Düzdür dilsizəm azca danışan
Ancaq bu əsrin sözüyəm sözü

Düzdür sözümə vermədin bir söz
Qılmadın bənə biraz etibar
Düzdür istədədin bəni sındırmaq
Ancaq əyildim kaman təkin,yar!

Bəlkədə bildin ölən çağ kiməm
Neylirəm onda ahı-dil,ya zar
Bəlkədə öldü bən tək sözlərim
Hələlik sən gül olmuşam mən xar

Düzdür ağlatdın ürəgim bu gün
Ağrıya könlüm adət var,çəkər
Düzdür bir gülməz düzdür ağlamaz
Salıb ürəgə dərdini PƏKƏR

 

Tutulmaz

عضو جدید
کاربر ممتاز
İki yolda qorxulu
Ya bir şəkli çarçıda
Qaldım sənə göndərim
Sevdigimi ya ki yox
Ya dinməyim yenədə
Ya qayıdım ya dönüm!?

Bu gəz nə sağ nə sola
Nə qayıtmaq istədim
Ürəgimi daş edib
Ayaqlarım bir sutun
Önə yetmək istədim

Ancaq heyif...!bu yolda
Daş ürəgim partladı
Sutun qıçım titrədi
Bən nə bilim gözləmək
Bən kimi dağ yıxacaq!
Bən nə bilim bu şaşqın
İki gözün baxacaq
Duman-duman qaranlıq
Könlümə dağ taxacaq!

Kaş deyeydin bir yaman
Ya içdireydin ağı
Kaş bəni bir it gibi
Qalxızeydin bir daşa
Bən nə bilim bu səssiz
Səslər bəni yıxacaq
Bən nə bilim iki "dal"
Könlümə ox taxacaq
Kaş deyeydin bir yaman
İntizardan ay aman!

Gah dolandım,gah durdum
Gah oyandım,gah durdum
Gah inandım,gah yandım
Gah özümdə bir xəyal
Qıldım istək-arzımı
Gahda qorxulu yuxu
Pozdu bütün xəyalı

Gah bir "qıraq",yuxuda
Dodağımı güldürdü
Ancaq birdə duranda
Sındı başıma tavan

AŞIQ PƏKƏR
 

Tutulmaz

عضو جدید
کاربر ممتاز
Gönlüm,könül! Sanadi
Ürək dönüb qanadi
Qıp-qırmızı közərib
Varlığını o dərib
İtibarın-hörmətin
Sümük,dəri lə ətin
Ya bir qulup abrısın
Islaq-ıslaq çıxardıb
Bax rənginə bozarıb!

Min yol sənə demədim
Könül qırmız,sən ağsan
Sən bir qırmız-köynəgi
Bir ağ çərqətlə salıb
Könül təştində yusan
Nə gələri başına
O bozarar bozarar
Bu qızarar qızarar
İşim olub elə zar!


Gönlüm,könül! Sanadi
Ürək dönüb qanadi
Qıp-qırmızı közərib
Varlığını o dərib
İtibarın-hörmətin
Sümük,dəri lə ətin
Ya bir qulup abrısın
Bu bulanıq təştidən
Qaldırıbdır bir ANA
Ey vay belim,vay cana!
Bax çərqətə bu qana

Gönlüm,könül! Sanadi
Ürək dönüb qanadi
Qıp-qırmızı közərib
Varlığını o dərib
İtibarın-hörmətin
Sümük,dəri lə ətin
Ya bir qulup abrısın
Qaldırıbdır təştidən
Bax şəritə nə sərib

Bu şəritin bu başı
Dügün dəyib əzələ
Bir başında eləbir
Bağlayıblar əbədə
Üstündə milyon milyon
Boz-boz köynək görürəm
Ya bələnən çərqətlər
Qırmız qana görürəm
Öldüm,ey vay,Ay dədə!

Gönlüm,könül! Sanadi
Ürək dönüb qanadi
Bir quş qonub şəritə
Qırılıb qol-qanadi

Bu quş gözü məndədi
Ürək sözü məndədi
Yalvarırı baxışı
Baxışı ox taxışı

Deyir kaşkı sənində
Söysəlivin qəzəli
Cuşlana bu şərit tək
Əzəl başdan o başa
Qurtulmaya kaş qədər
Səndən sonra nə qəza
Səndən sonra nə qədər
Gələcəkdir başıma
Bax sən rəhm et yaşıma

O bilir ki mən getcək
Ömrü başa çatacaq
Bu şəritdən yıxılıb
Torpaqlara yatacaq
Yel edəcək qanadın
Minlər mincə tikələr
Hər tikəsin götürüb
Qərib-yurda atacaq
Bax nə ucuz satacaq!

Yazıq bilmir ömrümün
Çağı nəqədr azdır az
Bir zərrədir şəritdən
Mən özümü vurğunun
Boyasında boyadım
Ancaq üstü açılcaq
Nədən döndüm saraldım
Ömür ipim dügünü
Bu şəritdən açılcaq
düşəcəyəm şəritdən
Cəsədimi yeyəcək
Şağal,kaftar,ya itdən

Ancaq deyin o quşa
Tikə olsam har itə
Gedib onda göz ollam
Şərit,quşda göz ollam

Ancaq deyin o quşa
Tikə olsam bayquşa
Gedib onda söz ollam
O qədr ağı deyərəm
Qol-qanadı toxtasın
Uçsun bəlkə şəritdən
Geri dursun har itdən

Onda deyin bu quşa
Da gəlməsin bu yana
Köçsün bənim elimdən
Keçsin daha könüldən
Əzbər etsin sözümü
Boşlayacaq özümü
Neynir məni saxlasın
Ürəgində yadında
Gündə acı su olum
Boğazında dadında

Təkcə xahiş sözümdür
Nəfəsindən-səsindən
Bir gün ölsə har itlər
Ya bu şərit qırılsa
Onda gəlsin bu yana
Bəndən desin:Sevgilim
Bu qırnız-gül lalalar
Düzülüblər yan-yana
Bir Tanışın qanıdır
Axan yerdə canıdır

Sənlən çox söz gətirdi
Bu şəritin üstündə
Elə səni itirdi

Onda denə bu çinar
Çəkdigi zəhmətidi
Öz qanıdır ətidi
Bəlkə bir gün istəsə
Ya yadına düşəmsə
Gəlsin çınar yanına
Gözün qoysun canıma

Onda denə bu çinar
Susuz bitib bu kökdən
İndi gözün yaşıyla
Suvar gülüm çinarı
Ax öləndə bağıban
Yoxudu yoldaş-yarı

Bu çinarın nişanı
Qazılıbdır üstündə
Boyu uca boz yarpaq
Dibi qırmız,baş düm ağ!

Axı bilmiri kimsələr
Bu çınarın toxumu
Qırmız köynək cibində
Girdi təştin içinə!

Görsəz birdə o quşu
Deyin desin:Sevgilim

Bu bağıban daş əkər
İllər zəhmətin çəkər
O qədr onu suvarar
Düm ağ yaşa ya ala
O qədr ə qədr o qala
Bəlkə Vurğu-günəşi
Saça odun bu daşa
Bağlana göz-yaşına
Ola ölməz bir çınar
Gəlib keçsən burdan yar
Kölgəsinə dayanıb
Bax ürəgə nə yanıb!

ANcaq kimsə soruşsa
Barı nədir çinarın
Götür balta çınarın
Köksünü yar görsünlər
İçindəki gur narın

Bu bağıban daş əkər
İllər zəhmətin çəkər
Deyirlər adsız öldü
Adı AŞIQdı,PƏKƏR.



 
Similar threads

Similar threads

بالا